Türkiyə HƏMAS ilə danışıqlar aparacaq
Türkiyə Qəzza zolağı ilə bağlı məsələnin nizamlanması üçün səylərini artırır və bu məqsədlə ölkənin xarici işlər naziri Hakan Fidan Qətərə səfər edəcək.
Agah.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Bildirilib ki, Türkiyə XİN başçısı bu ölkədə Qətər əmiri və HƏMAS-ın rəhbərliyi ilə danışıqlar aparacaq.
Bundan başqa, Ankara Qəzza üzrə İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının Təmas Qrupunun fəaliyyətini canlandırmaq niyyətindədir.
Qeyd edilib ki, Qərb ölkələri İsraili dəstəkləsələr də, onun İrana qarşı cavab zərbəsi endirəcəyindən qorxurlar və bununla bağlı narahatlıqlarını Türkiyəyə bildirirlər.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45