İran və İsrail arasında gərginlik artır: Hörmüz boğazında yük gəmisi ələ keçirildi – VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən və israilli milyarder Eyal Oferin sahibi olduğu “Zodiac Group” şirkətinə məxsus “MSC Aries” yük gəmisini ələ keçirib.

“MSC Aries” sonuncu dəfə ötən gün Dubay sahillərində Hörmüz boğazına doğru hərəkət edərkən görüntülənib və gəmi naviqasiya sistemləri üçün izləmə məlumatlarını bağlayıb.

Adının çəkilməsini istəməyən İran Müdafiə Nazirliyinin rəsmisi gəmiyə hücumun videogörüntülərini paylaşıb. Videoda SEPAH üzvlərinin gəminin göyərtəsindəki konteynerin üzərinə kəndirlə endikləri kadrlar yer alıb.

Qeyd edək ki, daha əvvəl SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı İsrailin BƏƏ-də mövcudluğunun Tehran tərəfindən təhdid kimi qiymətləndirildiyini bildirmişdi.

Mənbə: Cumhuriyet.com.tr

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45