Qazaxıstanda daşqınlar səbəbindən təxliyə edilənlərin sayı 102 mini keçib
Qazaxıstanda daşqınlar başlayandan bəri 102 mindən çox insan təxliyə olunub.
Agah. Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daşqınlar başlayandan bəri 102 328 nəfər xilas edilib: “Onlardan 6 757 nəfəri müvəqqəti yerləşdirmə mərkəzlərindədir. 10 120 nəfər isə evlərinə qayıdıb”.
Qeyd edilib ki, ölkənin 6 regionunda 3957 fərdi yaşayış binası, 942 həyətyanı sahə və 962 bağ evi su altında qalıb.
Xatırladaq ki, mart ayında başlayan daşqınlar səbəbindən Qazaxıstanın 8 regionunda yerli səviyyədə fövqəladə vəziyyət elan olunub. Xilasetmə işlərinə 35 mindən çox insan, 4 min texnika və 17 təyyarə cəlb olunub.
(055) 436-46-45