Abşeronda 23 gün əvvəl avtomobilin vurduğu şəxs xəstəxanada vəfat edib

Dostuna göndər xəbərdən agah olsun:

Abşeronda 23 gün əvvəl avtomobilin vurduğu şəxs bu gün vəfat edib.

Müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə martın 20-də Ceyranbatan qəsəbəsində qeydə alınıb. “Opel” markalı avtomobil yolu keçən piyada, 1975-ci il təvəllüdlü Şirvan Hüseyn oğlu Qasımovu vurub. Xəsarət alan piyada Bakıda xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45