İran İsrailə hücum əmri verdi: tarix açıqlandı

Dostuna göndər xəbərdən agah olsun:

ABŞ kəşfiyyat rəsmilərinin qiymətləndirmə hesabatı göstərir ki, SEPAH komandirinin Dəməşqdə öldürülməsinə cavab olaraq İran İsrailə birbaşa hücum etməyəcək.

Bu barədə CNN ABŞ kəşfiyyatındakı 2 mənbəsinə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, Tehran bölgədəki proksi qüvvələrindən İsrailə qarşı PUA və raketlərdən istifadə etməklə genişmiqyaslı hücumlar təşkil etməyi tələb edib.

“Hücumun ilkin hazırlıqları İranın proksi qruplarına verilib və onlar uyğun vaxtı gözləyirlər. Tehran İsrailə qarşı birbaşa hərəkətə keçəcəyi təqdirdə regionda münaqişənin şiddətlənməsindən qorxduğuna görə ABŞ və müttəfiqlərinə öz ərazisinə hücum etmək üçün bəhanə vermək istəmir”, – məlumatda bildirilib.

Qeyd edək ki, bu qüvvələrin İsrailə hücum etməsi üçün mümkün vaxt cari həftə kimi qeyd edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45