Rusiyadan Lənkərana qızlarının nişan mərasiminə gələn ata və ana dəm qazından ölüblər

Dostuna göndər xəbərdən agah olsun:

Rusiyadan Lənkərana övladlarının xeyir işinə gələn ata və ananın meyitləri tapılıb.

Hadisə rayonun Kərarmeşə kəndində baş verib.

Belə ki, Rusiya Federasiyası vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı, 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırova qızlarının nişan mərasiminə hazırlıq üçün bir neçə gün əvvəl kəndə gəliblər. Bu gün səhər evə gələn qohumlar qapının bağlı olduğundan narahat olublar. Onlara edilən telefon zəngləri də cavabsız qalıb. Qohumlar pəncərədən içəri daxil olduqda ər və arvadın öldüklərinin şahidi olublar.

İlkin ehtimala görə, onlar dəm qazından boğulublar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45