Bakıda piyada işıqforunun düyməsi sındırılıb

Dostuna göndər xəbərdən agah olsun:

Piyada işıqforunun düyməsi sındırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs və ya şəxslər Bibiheybət yolu, Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin qarşısında yerləşən bir ədəd piyada işıqforunun düyməsini sındırıblar.

Nəticədə də işıqfor işləmədiyindən piyadalar yolu keçməkdə çətinlik çəkiblər. Problemin qısa zaman ərzində həll edilməsi üçün tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xatırladır ki, dövlət əmlakının qəsdən məhv edilməsi və zədələnməsi müvafiq olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45