Tbilisidə müxalifət etiraz aksiyası keçirir
Tbilisidə Gürcüstan parlamentinin binasının girişində “Xarici agentlər haqqında” qanunun geri götürülməsi tələbi ilə etiraz aksiyası keçirilir.
Bu barədə “Mtavari arxi” kanalı məlumat yayıb.
“Bilirik ki, bu gün qanun layihəsi parlamentin bürosunda qeydiyyatdan keçməlidir. Buna görə də buna etiraz etmək, qanuna qarşı öz mövqeyini bildirmək üçün insanlar toplaşıb. Yolumuz Avropayadır! Bu qanunun qəbulu ilə bizim Avropa yolumuz bağlanacaq”, – aksiya iştirakçılarından biri deyib.
Qeyd edilib ki, aksiya sosial şəbəkələr vasitəsilə təşkil olunub. Parlamentin ərazisinə polislər səfərbər olunub. Onlar hətta akkreditə olunmuş jurnalistləri belə parlamentin binasına buraxmırlar.
(055) 436-46-45