Oğuzda meşə kənarından silah-sursat aşkar edilib – FOTO
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən meşə massivinin kənarından biri yivli olmaq iki ədəd ov tüfəngi və həmin silahlara məxsus 1000 ədəd patron aşkar edilərək götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, profilaktik tədbirlər zamanı isə rayon sakini atasından qalan müvafiq sənədləri olmayan tüfəngi könüllü olaraq polisə təhvil verib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45