Abşeronda 10 gün əvvəl ağacdan yıxılan kişi ölüb
Abşeronda 10 gün əvvəl ağacdan yıxılan 34 yaşlı kişi bu gün Sumqayıtda ölüb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə Pirşağı kəndində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Elvin İsgəndər oğlu Pənahov 10 gün öncə ağacdan yıxılıb. Vəziyyəti ağırlaşan kişi dərhal xəstəxanaya çatdırılıb.
Aparılan müalicələrə baxmayaraq, o bu gün Sumqayıt şəhərində xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45