Azərbaycanın cəzaçəkmə müəssisələrində 30 həkim psixoloq-narkoloq işləyir

Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycanda cəzaçəkmə müəssisələrində ümumilikdə 30 həkim psixoloq-narkoloq işləyir. Bu, azdır.

Bunu Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən Rafael Mehdiyev “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masada deyib.

O qeyd edib ki, cəzaçəkmə müəssisələrində ciddi kadr itkisi var.

“Son illərdə 88 tibb işçisi işdən çıxıb. Bu, bizim tibb işçilərinin 20 faizini təşkil edir. Gələcəkdə penitensiar müəssisələrdə işləmək üçün xüsusi hazırlanan şəxslər qısa müddət sonra işdən çıxırlar. Onlar mülki sektorda maaşın daha yüksək olduğunu deyirlər. Bunun qarşısında heç nə edə bilmirik. Bu məsələni Maliyyə Nazirliyinin qarşısında qaldırdıqda nəticə olmur. Ona görə də belə dəyirmi masalarda Maliyyə Nazirliyinin təmsilçilərinin də olmasını arzu edərdik”, – R.Mehdiyev vurğulayıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45