Türkiyədə seçki günü qeydə alınan insidentlərdə iki nəfər ölüb

Dostuna göndər xəbərdən agah olsun:

Türkiyədə keçirilən bələdiyyə seçkilərində qeydə alınan insident zamanı iki nəfər ölüb.

Bu barədə “Anadolu”ya istinadən xəbər verir.

Diyarbəkir vilayətinin cənub-şərqində yaranan mübahisə qısa zamanda silahlı qarşıdurmaya çevrilib. Vətəndaşlar dəyənək, daş və odlu silahdan istifadə edərək bir-birinə hücum etməyə başlayıblar. Nəticədə bir nəfər ölüb, 11 nəfər yaralanıb.

Bursa vilayətinin qərbində baş verən münaqişədə isə bir yerli sakin həlak olub, biri üç yaşlı uşaq olmaqla iki nəfər yaralanıb.

Qeyd edək ki, Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.

Ümumilikdə 61 milyon 441 min 882 səsvermə hüququna malik Türkiyə vətəndaşından 1 milyon 32 min 610 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək.

AK Parti, Milliyyətçi Hərəkat (MHP), Böyük Birlik və Yenidən Rifah partiyalarından ibarət Cumhur İttifaqının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi ölkənin sabiq ətraf mühit və şəhərsalma naziri Murat Kurum, Ankara üzrə namizədi isə türk siyasətçi və paytaxtın Keçiören Rayon Bələdiyyəsinin mövcud sədri Turqut Altınokdur.

Türkiyənin ən böyük müxalif Cümhuriyyət Xalq Partiyasının İstanbul və Ankara üzrə namizədləri isə hazırki bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Manasur Yavaşdır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45