Qəzzaya 2023-cü ilin oktyabrından bəri 250 min tondan çox ərzaq çatdırılıb

Dostuna göndər xəbərdən agah olsun:

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri Qəzza zolağına azı 252,6 min ton ərzaq çatdırılıb.

Bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin əlaqələndirilməsi idarəsi (COGAT) məlumat yayıb.

Bildirilib ki, 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına 363,7 min ton beynəlxalq humanitar yardım daşıyan azı 19 448 yük maşını daxil olub. Bunlardan 11 954 yük maşını 252,6 min ton ərzaq, 1 409 yük maşını 28,1 min ton su, 2 832 yük maşını 40,7 min ton müvəqqəti yerləşdirmə məntəqələrinin təşkili üçün avadanlıq, 1 705 yük maşını 19,8 min ton dərman, daha 1 539 yük maşını ilə 22,5 min tondan çox qarışıq yük daşınıb.

COGAT-ın məlumatına görə, ən çox yardım BƏƏ, Türkiyə, Səudiyyə Ərəbistanı və BMT-dən – Ümumdünya Ərzaq Proqramı və BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyi (UNRWA) vasitəsilə həyata keçirilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45