Ukrayna prezidenti Moldovadakı səfirini işdən çıxarıb
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Moldovadakı səfiri Mark Şevçenkonu tutduğu vəzifədən azad edib.
Müvafiq fərman Ukrayna dövlət başçısının saytında dərc olunub.
“Mark Aleksandroviç Şevçenko Ukraynanın Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin”, – deyə sənəddə qeyd olunub.
Səfirin işdən çıxarılma səbəbləri açıqlanmayıb. Moldovaya yeni səfirin təyin edilməsi ilə bağlı fərman hələ dərc olunmayıb.
Xatırladaq ki, Şevçenko 2019-cu ildən bəri bu vəzifəni tuturdu.
Mənbə: TASS
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45