Britaniya rekord sayda miqrant axını ilə üzləşib
Bu ilin ilk üç ayında İngiltərəyə rekord sayda qeyri-qanuni miqrant gəlib.
Onlar hava qayıqları ilə La-Manş boğazından keçiblər.
Bu barədə Böyük Britaniyanın Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.
Ümumilikdə, ilin əvvəlindən Böyük Britaniyaya La-Manş boğazı ilə qeyri-qanuni yollarla 4600 insan gəlib ki, bu da 2022-ci ilin birinci rübünün göstəricilərini üstələyir. Bir il əvvəl, eyni dövrdə onların sayı 3700 nəfər olub.
Ümumilikdə, 2023-cü ildə La-Manş boğazı ilə Böyük Britaniyaya gələn qeyri-qanuni miqrantların sayı 29 400 nəfər təşkil edib.
Mənbə: TASS⋅
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45