Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Dostuna göndər xəbərdən agah olsun:

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli olub.

İlkin məlumata görə, martın 24-də Ermənistanın paytaxtı İrəvanda polis bölməsinə hücum edənlər “Milli Demokratik Qütb” təşkilatının üzvləridir.

Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan jurnalistlərə bildirib.

“Üç hücumçu var idi, onların ad və soyadlarını açıqladıq. İlkin məlumata görə, onlar “Milli Demokratik Qütb”ün üzvləridir”, – Sarkisyan deyib.

Qeyd edək ki, “Milli Demokratik Qütb” mütəmadi olaraq ABŞ ilə müttəfiqlik münasibətləri qurmağa çağırır. Həmçinin təşkilatın bir neçə üzvü 2016-cı ildə İrəvanda patrul alayının ələ keçirilməsində iştirak edib.

Mənbə: TASS

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45