Polşa Rusiyaya nota verəcək
“Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevi çağıraraq ona Rusiya raketinin Polşa hava məkanını pozması ilə bağlı etiraz notası verməyi planlaşdırır”.
Bunu respublikanın xarici işlər nazirinin müavini Anjey Şeyna deyib.
Qeyd edək ki, Polşa Silahlı Qüvvələri martın 24-də səhər tezdən Ukrayna ilə sərhəddə ölkənin hava məkanının pozulması barədə məlumat verib və bunun Rusiyaya məxsus qanadlı raket olduğunu bildiriblər.
Mənbə: TASS
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45