Azərbaycanda xarici ticarət iştirakçılarının sayı azalıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 17 894 xarici ticarət iştirakçısı olub.
Dövlət Gömrük Komitəsinə xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% azdır.
Xarici ticarət iştirakçılarının 11 904-ü fiziki şəxslər, 5 990-ı isə hüquqi şəxslərdir. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 6,25 % az və 9,5 % çoxdur.
Hüquqi şəxslərin 123-ü dövlət, 5 867-si isə özəl sektoru təmsil edir. Bunlar da illik müqayisədə 21,7 % az və 10,4 % çoxdur.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45