ABŞ və İordaniya Qəzza zolağına yeni humanitar yardım göndərib

Dostuna göndər xəbərdən agah olsun:

ABŞ və İordaniya Qəzza zolağının şimal hissəsinə növbəti humanitar yardım çatdırıb.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“CENTCOM və İordaniya Krallığının Hərbi Hava Qüvvələri martın 20-də Qəzzanın şimalına birgə humanitar yardım göndərib. Yardım davam edən münaqişədən zərər çəkmiş mülki şəxslərə lazımi dəstəyi təmin etmək üçün həyata keçirilib”, – qurumdan bildirilib.

Məlumata görə, yardım paketində düyü, un, süd, makaron və konservlər də daxil olmaqla 2,7 tona yaxın ərzaq yer alıb.

Komandanlıq vurğulayıb ki, ABŞ növbəti belə yardımların çatdırılmasını planlaşdırmağa davam edir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45