Neftçalada brakonyerliklə məşğul olan şəxslər saxlanıblar
Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşlarının qanunsuz balıq ovuna qarşı keçirdikləri profilaktik tədbirlər zamanı Kür çayının Mayak-1 kəndi ərazisindən keçən hissəsində qanunsuz balıq ovu ilə məşğul olan iki nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən taxta qayıqlar, sintetik torlar, qadağan olunan ov qurğuları, eləcə də qanunsuz ovlanmış şamayı balıqları aşkar edilib.
Faktla bağlı araşdırmalar aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45