18 yaşlı gəncin ölümü parisliləri ayağa qaldırdı: Polis bölməsinə “Molotov kokteyli” ilə hücum edildi – VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Fransa paytaxtında onlarla gənc polis bölməsinə “Molotov kokteyli” ilə hücum edib. Aksiyaya səbəb, Parisdə polisin keçirdiyi əməliyyat zamanı 18 yaşlı gəncin həlak olmasıdır.

Bildirilir ki, hücumçuları dağıtmaq üçün hüquq-mühafizə orqanı əməkdaşları qonşu ərazilərdən kömək çağırıblar. Altı nəfər həbs edilib.

Bundan əvvəl sosial şəbəkələrdə gəncin ölümünün qisasını almaq üçün çağırışlar edilib.

Qeyd edək ki, 18 yaşlı gənc skuterdə hərəkət edərkən polis maşını ilə vurulub, nəticədə o ölüb, yanında olan sərnişin isə yaralanıb. Ölən gəncin yaxınları polisi qəsdən adam öldürməkdə ittiham edirlər.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45