Əfqanıstanda yol qəzasında 21 nəfər ölüb
Əfqanıstanın cənubundakı Hilmend əyalətində avtobus, yanacaqdaşıyan maşın və motosiklin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 21 nəfər ölüb, 38 nəfər yaralanıb.
“Associated Press”xəbər verir ki, bu barədə əyalətin nümayəndəsi Məhəmməd Qasım Riyaz bildirib.
Qəza ölkənin cənubundakı Qəndəharla qərbindəki Herat əyaləti arasındakı əsas magistral yolda baş verib. Bildirilib ki, motosiklet avtobusa, daha sonra isə yolun qarşı tərəfindəki yanacaqdaşıyana çırpılıb.
Hilmend polisinin sözçüsü Hzatullah Haqqani açıqlayıb ki, zərərçəkənlər ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45