Rusiyada prezident seçkilərində seçici fəallığı 55 faizi ötüb
Moskva vaxtı ilə saat 20:19-a (Bakı vaxtı ilə saat 21:19) olan məlumata görə, Rusiya Federasiyasında keçirilən prezident seçkilərində seçicilərin ümumi fəallığı 55,10 % təşkil edib.
Bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.
“Səsvermənin gedişi 55,10 faizdir”, – MSK-nın saytında məlumat verilir.
Məlumatlar məsafədən elektron səsvermədə seçici fəallığını nəzərə alınmır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45