Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan edildi
Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Ölkənin Milli Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların episentri Fukusima prefekturasında olub.
Zəlzələlərdən əvvəl ümummilli fövqəladə xəbərdarlıq sistemi işə salınıb – yerli sakinlərin mobil cihazlarına yaxınlaşan zəlzələ barədə xəbərdarlıqlar göndərilib. Tektonik zərbədən sonra seysmoloqlar ölkənin şimal-şərq sahilləri üçün sunami təhlükəsi elan ediblər, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Yeraltı təkanlar Tokioda hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. “Fukusima-1” AES-də fövqəladə vəziyyətlə bağlı hər hansı məlumat verilməyib.
Mənbə: TASS
(055) 436-46-45