Dünyada ilk yaşandı, Afrikada mart ayında 45,5° isti qeydə alındı
Afrikada bir gündə bütün qitə boyu temperatur rekordları qeydə alınıb.
Belə hadisə dünyada əvvəllər heç vaxt görünməyib.
Məlumata görə, fövqəladə isti hava dalğası martın 11-də Afrikada çoxsaylı temperatur rekordlarının qeydə alınması ilə nəticələnib. Kamerundan tutmuş Mavrikiyə qədər olan ölkələr mart ayında görünməmiş istilərlə üzləşib:
“Şimaldan cənuba və qərbdən şərqə demək olar ki, hər ölkədə rekordlar qırılıb. İqlim tarixində dünyanın heç bir yerində belə bir şey olmayıb”, – klimatoloq və meteoroloji tarixçi Maksimiliano Herrera bildirib.
Onun sözlərinə görə, bu, iqlim tarixinin ən qeyri-adi hadisəsidir:
“Bu gün baş verənlər nəsillərin yaddaşında qalacaq. Dünya iqlim tarixində heç bir hadisə belə buna yaxın deyil”, – alim bildirib.
Kamerunda 45,5 °C temperatur qeydə alınıb – bu, mart ayının ən isti günü üçün yeni ölkə rekordudur. Qanada temperatur 43,8 °C-ə çatıb ki, bu da mart ayı üçün milli rekorda çevrilib.
Nigerdə demək olar ki, bütün monitorinq stansiyalarında aylıq rekordlar qırılıb: temperatur 45 °C-ə yüksəlib.
Burkina Faso da ölkə daxilində aylıq ən yüksək göstəriciləri qeyd edib.
Mali tarixində ən isti gününü qeyd edib, Komor adaları isə 36.1°C temperaturla rekord dərəcədə ən isti gününü keçirib.
Herrera, Cənubi Afrika, Namibiya və Botsvanada da yüzlərlə rekordun qırıldığını söyləyib.
mənbə baku.ws
(055) 436-46-45