Xankəndidə separatçıların izləri təmizlənir: Şəhərdə sakinlərin qayıdışına hazırlıq görülür – VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycanın Xankəndi şəhərində separatçıların izləri təmizlənir. Paralel olaraq, bu torpaqların əsl sahiblərinin qayıdışına hazırlıq görülür.

Xezerxeber.az-ın məlumatına görə, şəhərdə ilk baxışdan diqqəti cəlb edən tikililərdir.

İşğal altında olduğu vaxtlarda digər ərazilər kimi, burada da demək olar ki, heç bir quruculuq işləri aparılmayıb. Binalar 40-50 il əvvəl tikildiyi vəziyyətdə də qalıb. Şəhərin ətraf ərazilərində  isə bir-iki villaya rast gəlinir ki, bunların da qondarma rejimdə rəhbər vəzifələrdə çalışmış şəxslərin və iş adamlarının olduğu bildirilir.

Artıq şəhərin görünüşünə xələl gətirən, eləcə də separatçıların izlərini özündə əks etdirən tikililər sökülür.

Bir tərəfdə söküntü getdiyi halda, digər hissədə quruculuq işlərinə başlanılıb.

Hazırda Kərçicahandakı 78 evdə bərpa işləri gedir. Ardınca isə məktəb və inzibati binalarda quruculuq işləri görüləcək.

Hazırlıq işləri görülən digər yer Qarabağ Universitetidir. Təhsil ocağı 1969-cu ildə Pedaqoji İnstitutun filialı kimi fəaliyyətə başlayıb. 1973-cü ildən isə müstəqil instituta çevrilib və işğal ərəfəsində fəaliyyətini dayandırıb. Məhz həmin təhsil ocağının binası Qarabağ Universiteti üçün seçilib.

Qarabağ Universitetinin binasının layihəsi də artıq hazırdır. Təmir-bərpa işlərindən sonra ali təhsil ocağı bu formada olacaq.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45