Hərbi Prokurorluğa yeni idarə rəisi təyin edilib

Dostuna göndər xəbərdən agah olsun:

Ağdamın hərbi prokuroru, ədliyyə polkovniki Surxay Hüseynov vəzifəsindən azad olunub.

Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun digər əmri ilə Surxan Hüseynov Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Məlumatı Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev təsdiq edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45