Rəsmi: Fevral ayında ən çox düyü, qoyun əti və balıq bahalaşıb

Dostuna göndər xəbərdən agah olsun:

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox
bahalaşma düyünün, qoyun ətinin, təzə balığın, kəsmiyin, kərə və zeytun yağının,
naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kələmin, xiyarın, pomidorun,
balqabağın, çuğundurun, sarımsağın, soğanın, şəkərin, arağın, ucuzlaşma isə əsasən
qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının,
portağalın, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının
qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin fevral ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki
aya nisbətən 100,1 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən
101,6 faiz təşkil etmişdir. Fevral ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından
bahalaşma əsasən plastik pəncərələrin, kəsilmiş taxtaların, ucuzlaşma isə mobil telefonların
və yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının
qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2024-cü ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin
müvafiq dövrünə nisbətən 102,7 faiz təşkil etmişdir. Fevral ayında əvvəlki ayla müqayisədə
əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mobil telefonlarla danışıq
haqlarında və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində
müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş
verməyib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45