DYP həftəsonu sürücülük hüququ olmayan 70 nəfəri saxlayıb
Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) əməkdaşları həftəsonu sürücülük hüququ olmayan 70 nəfəri saxlayıblar.
Bu barədə idarədən məlumat verilib.
Bildirilib ki, həftəsonu respublika yollarında sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 70 şəxs DYP əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.
“Təəssüflər olsun ki, bu cür qanunsuz hərəkətlərə yol verən şəxslər həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atır ki, əksər hallarda bu əməllərin sonu ölüm və xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir. Bir daha bütün yol hərəkəti iştirakçılarından xahiş edirik ki, yollarda diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi riayət etsinlər”, – məlumatda qeyd olunub.
(055) 436-46-45