Novxanı kəndində açıq ərazidə başlayan yanğın yaşayış evinə keçib
Abşeron rayonunun Novxanı kəndində açıq ərazidə 10 kvadratmetr sahədə taxta tullantıları yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yüksək temperaturdan ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin bir ədəd plastikdən ibarət pəncərə çərçivəsi və iki poqonometr elektrik kabeli əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45