Biləsuvarda bəzi taxıl sahələrində pas xəstəlikləri müşahidə edilir

Dostuna göndər xəbərdən agah olsun:

Biləsuvar rayonunda bəzi taxıl sahələrində pas xəstəlikləri müşahidə edilib.

Bu barədə Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Belə ki, mərkəzin Bitkiçilik Sektorunun mütəxəssisləri rayon ərazisində fermerlərə məxsus taxıl sahələrində monitorinqlər keçirib. Monitorinq zamanı bəzi taxıl sahələrində pas xəstəlikləri müşahidə edilib. Bununla əlaqədar fermerlərə taxıl sahələrində pas xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması ilə bağlı bəzi tövsiyələr hazırlanıb.

Bu xəstəlik taxıl sahələrinə ciddi ziyan vurmaqla məhsuldarlığı xeyli aşağı salır.

Qeyd edək ki, ölkəmizdə əsasən sarı pas və qonur pas xəstəlikləri daha geniş yayılıb. Bu xəstəliyə qarşı aqrotexniki, eyni zamanda kimyəvi mübarizə tədbirləri aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45