Türkiyə vətəndaşı Gəncədə qəzaya düşdü – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhərin Ozan küçəsində Türkiyə vətəndaşı olan Ozan Alkanın idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə zərər dəyib.

Sürücünün sözlərinə görə, yolda olan çuxur qəzaya səbəb olub. Belə ki, avtomobil çuxura düşdükdən sonra təkəri partlayıb və nəqliyyat vasitəsi idarəetmədən çıxıb.

Qeyd edək ki, O.Alkan Gəncə şəhərində olan ali məktəblərdən birinin tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45