Rusiyada 8 mart təbriki: Arvadı ilə barışmaq üçün evinə ağ atla gəldi – VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Rusiyanın Kemerovo vilayətində arvadı ilə barışmaq üçün evinə ağ atda gələn şəxs həbs olunub.

33 yaşlı Sergey adlı kişi mübahisə etdiyi Yekaterinanı təəccübləndirmək qərarına gəlib.

O, fermadan at götürüb və gecə saat 3-də səhvlərinə görə arvadından üzr istəmək və onu qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmək üçün atla birlikdə beşinci mərtəbədəki mənzilinə qalxıb. At kiçik otaqda təxminən iki saat qalıb, sonra Sergey onu yenidən tövləyə qaytarıb.

Bununla bağlı görüntüləri Yekaterina özü də paylaşıb və sürprizi yumorla qarşılayıb.

“Budur, qızlar, bizə 8 Mart gəlib çatdı. Evimizdə at var. Həyat yoldaşım məni təbrik etdi”, – deyə qadın paylaşımda bildirib.

Sergey xırda xuliqanlıq maddəsi ilə ittiham olunaraq bir sutkalıq həbs cəzası alıb. O, sadəcə çox sərxoş olduğunu bildirib.

Kirayədə qalan ailə hazırda yeni mənzil axtarmaq məcburiyyətində qalıb, çünki ev sahibi bu hərəkətə görə onlardan evi tərk etmələrini xahiş edib.

Mənbə: “SHOT” “Telegram”, AİF.ru

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45