Meşədə müəllimi balta ilə qətlə yetirən çobana hökm oxundu
Astara rayonunda şəxsi münasibətlər zəminində Eynəli Əzizovu balta ilə qətlə yetirməkdə təqsirli bilinən Aslan Şüvünəliyevə hökm oxunub.
“Report” xəbər verir ki, hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrlik etdiyi iclasda elan edilib.
Hökmə əsasən, A.Şüvünəliyev 16 il müddətinə azadlıqdan mərhum olunub.
Qeyd edək ki, hadisə ötən ilin may ayında baş verib. İttihama görə, A.Şüvünəliyev mərhum E.Əzizovun fermasında çoban işləyib. Təsqirləndirilən şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində Astara rayonundakı meşəlik ərazidə balta ilə onu qətlə yetirib.
E.Əzizov rayon ərazisində heyvandarlıqla məşğul olub. Mərhum əvvəllər bələdiyyə sədri, həmçinin Astarada yerləşən orta məktəblərin birində müəllim kimi işləyib.
A.Şüvünəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
(055) 436-46-45