Bakıda bibisini ev üstündə bıçaqlayan şəxsə hökm oxundu

Dostuna göndər xəbərdən agah olsun:

Bakı Ağır Cinayətlər Məhkəməsində bibisini bıçaqlamaqda təqsirləndirilən Yusif Hüseynzadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü Yusif Hüseynzadə üç il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 23 noyabr 2022-ci il tarixdə, saat 1 radələrində paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən ərazisində yerləşən nömrəsiz fərdi evdə qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Yusif Hüseynzadə münaqişə zəminində bibisi, 1986-cı il təvəllüdlü Xəyalə Hüseynovaya üç bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Yusif Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi üzrə ittiham irəli sürülüb.

Yusif Hüseynzadə məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərib ki, son müharibə zamanı hərbi xidmətdə olub. Bundan sonra onda psixoloji problemlər yaranıb. Onun valideynləri ayrıldığı üçün uşaqlıqdan nənəsinin himayəsində olub. Bibisi ilə bacı qardaş kimi olub. Aralarındakı mübahisə ev üstündə baş verib. Baba və nənəsi onu evləndirmək istəyiblər. Sözügedən evi satıb yenisini almaq barədə danışıqları olub. Xəyalə də narazılıq edib ki, ona da ev alınsın. Yemək yeyən zaman bibisi içəri girib və danışmağa başlayıb.

O deyib ki, mübahisə etmək istəməyib, ancaq bibisi ona təhqiramiz sözlər işlədib. Həmin vaxt hərbi xidmətdən təzə gəldiyi üçün əsəbləri gərgin olub. Üstünə gələrək ona şillə vurub. Daha sonra bibisini bıçaqlayıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45