Bakıda toy karvanında “avtoşluq” edən sürücü qəza törətdi – Video

Dostuna göndər xəbərdən agah olsun:

Bakıda toy karvanındakı avtomobillərdən biri qəza törədib.

Agah.az ilə Oxu.Az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

Qəza anı arxadan gələn avtomobillərdən birində yerləşdirilmiş kameraya əks olunub.

Video sosial şəbəkədə paylaşılıb. Görüntülərdə 90-SV-838 qeydiyyat nişanlı, KİA markalı avtomobilin sürücüsünün əvvəlcə küçələrdən birində hərəkət zamanı “avtoşluq” etməsi əks olunub.

Daha sonra eyni hərəkətləri prospektdə təkrarlamaq istəyən sürücü qəzaya səbəb olub. 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)