“Baku Bus” avtobusu piyadanı vuraraq öldürüb

Dostuna göndər xəbərdən agah olsun:

Bakıda avtobus piyadanı vuraraq öldürüb.

Hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Məlumata əsasən, Nadir Rəhimovun idarə etdiyi “Baku Bus” MMC-yə məxsus “BMC” markalı 99-JU-723 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu 163 saylı marşrutla Bakı şəhəri, Nizami rayonu, X.R.Ulutürk küçəsində avtomobil yolu ilə idarə edib. O, Heydər Əliyev prospektinə dönərkən yolu keçən piyada 1998-ci il təvəllüdlü Oruc İbrahimovu avtobusun qabaq sağ hissəsi ilə vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır..

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)