Bakıda 36 yaşlı kişini avtomobil vurub

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Abdullayev Ceyhun Rafael oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.