Bakı-Sumqayıt yolunda “Jeep” və qəribə “sərnişin”i ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Bakı-Sumqayıt yolunda hərəkətdə olan avtomobilin sürücüsü tərəfindən sərnişin daşıması qaydalarının kobud şəkildə pozulması ilə bağlı sosial şəbəkələrdə video yayılıb.

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, məsələ araşdırılıb.

Araşdırma nəticəsində “Jeep” markalı, 77-PU-785 dövlət qeydiyyat nişanlı avtomobillə kobud və təhlükəli qayda pozuntusuna yol verən sürücünün Ceyhun Şirinli olması müəyyən edilib və həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb:

“Sərnişinin avtomobilindən asılı vəziyyətdə hərəkətinə şərait yaratmaqla həmin şəxsin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə münasibət bəslədiyini nümayiş etdirən C.Şirinlinin inzibati tənbehdən nəticə çıxaracağına və bir daha bu kimi əməllər törətməyəcəyinə dair verdiyi vədə əməl edəcəyinə ümid edir, bununla yanaşı ictimai qınağa səbəb olan belə halların digər sürücülər tərəfindən təkrarlanmayacağına inanırıq”.

11:28

Bakı-Sumqayıt yolunda “Jeep” markalı avtomobil və “sərnişin”i təhlükəli vəziyyət yaradıb.

Baku.ws xəbər verir ki, hadisə yolun Xırdalan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Maşının pəncərəsindən sallanmış vəziyyətdə gedən şəxs həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb.

Sözügedən görüntüləri təqdim edirik:

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)