İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarını qəbul edib – YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Kadri Simson İlham Əliyevə prezident seçkilərində qələbə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi və Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu yubiley iclası münasibətilə təbriklərini çatdırıb.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.
Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Avropanın enerji təchizatında Azərbaycanın rolunun əhəmiyyətini və dayanıqlılığını vurğulayıb.
Söhbət zamanı gələcəkdə enerji növləri ilə yanaşı, bərpa olunan enerji layihələrinin də həyata keçirilməsinin perspektivləri və Azərbaycanda icra olunan layihələrdə Avropa şirkətlərinin investor qismində daha fəal rol oynaması ilə bağlı imkanlar müzakirə olunub. Həm COP29, həm də enerji əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində gələcək addımlar və fəaliyyət planı ilə bağlı fikir mübadiləsi aparılıb, ölkəmizin qlobal metan azaldılması təşəbbüsünə qoşulması çox yüksək qiymətləndirilib.
11:39
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonu qəbul edib.
Bununla bağlı President.az məlumat yayıb.
(055) 436-46-45