Şamaxıda yeniyetmə yıxılaraq ağır xəsarət alıb
Şamaxıda 16 yaşlı oğlan xəsarət alıb.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Şamaxı şəhərində baş verib.
Şamaxı sakini, 2008-ci il təvəllüdlü Qadir Qalib oğlu Sərkərovun yıxılaraq xəsarət aldığı bildirilir. Yeniyetmə rayon mərkəzi xəstəxanasına çatdırılıb, onun ağır kəllə-beyin travması aldığı məlum olub.
Hadisənin hansı səbəbdən və necə baş verdiyi araşdırılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45