Türkiyənin Çanaqqala vilayətində zəlzələ baş verib
Türkiyənin Çanaqqala vilayətinin Biqa bölgəsində 4,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, yeraltı təkanların ocağı təxminən 7 km dərinlikdə olub.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45