Zabratda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Zabrat qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü Aşırov İzzət Əli oğlu və 1982-ci il təvəllüdlü Mərdanov Babək Eldar oğlu xəsarət alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər.
Hadisənin təfərrüatı araşdırılır.