Yeni Yasamalda yolda təhlükəli səhlənkarlıq qəzalara səbəb olmaqdadır

Yeni Yasamal 2 (google map əsasında) küçəsində 3 gündən artıqdı kanaliasiya qapağının olmamasına görə qoyulmuş görünməz kubik və taxtadan maneələrlə bağlı video görüntü Agah.az-ın qaynar xətt whatsapp nömrəsinə göndərilmişdir. Məsələyə yerində baxılmış ətrafdakı insanlarla söhbət aparılmışdır.
Ətrafda olan sakinlərin dediklərinə görə artıq 2 gündür ki, sutkanın müəyyən saatından sonra küçə işıqları sönülü olanda bu daş maneələr heç görünmür və gələn maşınlar daşlara dəyərək maşınlara ciddi ziyan dəyir.