Balakənddə yas olan evdə yanğın olub: 150 min manatlıq ziyan dəyib – VİDEO
Balakənin Gərəkli kəndində ev yanıb.
Yanğın kənd sakini Pədima Əlisoltanovaya məxsus ümumi sahəsi 132 kvadratmetr olan dörd otaqdan ibarət fərdi yaşayış evində olub.
Zərərçəkən Nizami Əlisultanovun sözlərinə görə, yanğın evdə yas mərasimi keçirilən zaman baş verib:
“Camaat içəridə oturmuşdu. Birdən dedilər ki, damın üstündən tüstü çıxır. Hər şey yanıb kül oldu. 150 min manatlıq ziyan dəyib”.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Ətraflı Baku TV-nin süjetində:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45