Xırdalanda mənzildə partlayış olub: Xəsarət alan var – FOTO/VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Xırdalanda mənzildə partlayış olub, bir nəfər xəsarət alıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onikimərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 72m² olan üçotaqlı mənzilin eyvanında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində kombi aparatında yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində partlayış dalğasınım təsirindən eyvanın pəncərə çərçivəsi yerindən çıxaraq asılı vəziyyətdə qalıb, şüşələr qırılıb, bir nəfər xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)