Bakıda “Prius” ağacı kökündən qoparıb – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

İdarəetməni itirən “Toyota Prius” markalı avtomobilin sürücüsü maşını avtobus dayanacağına çırpıb.

Hadisə zamanı yol kənarındakı ağac yerindən qopub, avtobus dayanacağı və zibil qutusu sıradan çıxıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45