İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir – YENİLƏNİR

Dostuna göndər xəbərdən agah olsun:

Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

President.az-ın məlumatına görə, məktubda deyilir:

“Prezident seçkisində qazandığınız qələbə münasibətilə Sizi Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ölkənizə davamlı inkişaf, xalqınıza firavanlıq arzulayıram.

Əminəm ki, biz etibarlı dostluq münasibətlərimizi həm ikitərəfli, həm regional, həm də beynəlxalq səviyyələrdə qarşılıqlı maraqlarımız naminə inkişaf etdirəcəyik. Mən ilk növbədə iqtisadiyyat, turizm və enerji sahələrində kommunikasiyanı intensivləşdirməyə, əməkdaşlığı gücləndirməyə töhfələr verməyə hazıram.

Ölkənizin uğurlarının davamlı olmasını arzulayır, əlaqələrimizin daha da genişlənəcəyinə əminliyimi bildirirəm.

Ən yüksək ehtiramımı və səmimi salamlarımı qəbul etməyinizi xahiş edirəm”.

16:02

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Njupuo Yap Mariatu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizin bu qələbəniz Azərbaycan xalqı tərəfindən siyasi rəhbərliyinizin, eləcə də Azərbaycan Respublikasının təhlükəsizliyini və suverenliyini möhkəmləndirmək, həmvətənlərinizin firavanlığını daha da yaxşılaşdırmaq istiqamətində səylərinizin dəstəklənməsinin bariz sübutudur.

Sizin liderliyiniz və səyləriniz Azərbaycan Respublikasının hüdudlarından kənarda da yüksək qiymətləndirilir. Təşkilatımız Sizin təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahəsində bizimlə münasibətlərin möhkəmlənməsinə şəxsi töhfələrinizi yüksək qiymətləndirir.

İnanıram ki, dəstəyiniz və əməkdaşlığınız davamlı olacaqdır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

13:47

Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Tarixi hadisə – yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm. Bu qələbə Prezident vəzifəsində fəaliyyət göstərdiyiniz müddətdə möhtəşəm liderliyinizin təkcə Azərbaycanda deyil, həm də dünyada qəbul olunmasının bariz təzahürüdür.

Surinam Respublikası ikitərəfli və çoxtərəfli əlaqələri yüksək qiymətləndirir, ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran sahələrdə tərəfdaşlığımızı inkişaf etdirmək üçün səylərimizi artırmağı səbirsizliklə gözləyir.

Bu baxımdan mən əminəm ki, qarşıdan gələn COP29-a ev sahibliyi edən Azərbaycan konfransın uğurla keçirilməsi üçün bütün lazımi tədbirləri görür.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsində Sizə Surinam Respublikasının Hökuməti və xalqı adından möhkəm cansağlığı arzulayır, yeni-yeni uğurlar diləyirəm.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bundan başqa, İndoneziya Respublikasının Prezidenti Coko Vidodo da dövlətimizin başçısını təbrik edib.

Təbrik məktubunda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İndoneziya Respublikası adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi və salamlarımı çatdırıram.

Bu ali vəzifəyə seçilməyiniz Azərbaycan xalqının Sizə göstərdiyi dərin hörmətin və sarsılmaz etimadın təsdiqidir. Tam əminliklə bildirirəm ki, Sizin möhtəşəm liderliyiniz və zəngin təcrübəniz ölkənizi daha böyük tərəqqiyə doğru aparacaqdır.

Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirmək istəyirəm ki, Sizin rəhbərliyinizlə biz xalqlarımız arasında otuz ildən artıq inkişaf edən ikitərəfli əlaqələrin dərinləşməsinin şahidi ola biləcəyik. Məmnuniyyətlə qeyd edirəm ki, xalqlarımızın rifahı naminə bizim müxtəlif sahələr üzrə əməkdaşlıqla bağlı səylərimizi artırmaq və ortaq sektorları əhatə edərək bu əməkdaşlığı genişləndirmək üçün gözəl imkanlarımız var.

Zati-alinizə və Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və tərəqqi arzulayaraq, ən yüksək ehtiramımı qəbul etməyinizı xahiş edirəm”.

11:05

Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Tarixin bu çətin dövründə sabitlik və yaxşı münasibətlər böyük əhəmiyyət kəsb edir. Məmnuniyyət hissi ilə bildirirəm ki, Estoniya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı anlaşma və ölkələrimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət kimi möhkəm təməl üzərində qurulub.

Qarşıdakı illərdə Estoniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45