Bakıda avtomobil 65 yaşlı qadını vuraraq öldürüb

Dostuna göndər xəbərdən agah olsun:

Bakıda 65 yaşlı qadını avtomobil vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində qeydə alınıb.

Eldəniz Həsənovun idarə etdiyi “Ford Transit” markalı avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Məryəm Rzayevanı vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45