Məhkəmə qadının 210 min manatlıq qızıllarını oğurlayan şəxslə bağlı qərar verdi

Dostuna göndər xəbərdən agah olsun:

Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən E.Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2001-ci il təvəllüdlü E.Əliyev 2020-ci ildə zərərçəkmiş İ.Əliyevanın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən mənzilindən və avtomobildən ümumilikdə 209 800 manatlıq qızıl-zinət əşyalarını gizli yolla talayıb.

Daha sonra o, cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45